Dedi–qoduların müzakirəsi kimə lazımdır?

0
79

Bəyənmədiyimiz sovetlər dövründə dedi-qodular informasiya şəbəkələrində müzakirə olunmurdu. Səbəb informasiya şəbəkələrinin məhdudluğu deyildi. Sadəcə olaraq rəsmi mənbələrə əsaslanmayan və konkret faktla təsdiqlənməyən heç bir məlumat yayımlanmırdı. Tanınmış şəxslər haqda söz demək səlahiyyəti isə tanınmış şəxslərə məxsus idi.

Hər bir vətəndaşın isə sual vermək səlahiyyəti var idi. Müxtəlif təbəqələrə məxsus və müxtəlif iş adamlarının aralarındakı mübahisələr, anlaşılmazlıqlar gündəmə çıxarılmırdı. Çünki…

Çünki bunlara vaxt yox idi. Hamının konkret işi var idi. İşdən sonra isə insanlar ya ev işləri, ya da səmərəli əyləncələrlə məşğul olurdular (səmərəsiz hesab etdiklərimiz də həmişə olub təbii ki…) Dedi-qodular yalnız bir çox evdar qadınlar arasında baş verirdi.

Artıq televiziyada və sosial şəbəkələrdə baş alıb getmiş bu dedi-qoduların yığışdırılması mümkün olmayacaqsa müzakirə etməyə həsr edəcəyimiz vaxtı da boş yerə sərf etməyək deyirəm.

Amma çox təəssüf ki, bir çox dedi-qodular artıq qınaq statusu alıb və ictimai müzakirələrin obyektinə çevrilib. Belə nəticə çıxarmaq olar ki, cəmiyyətin müxtəlif təbəqələrinin buna ehtiyacı var.

Dedi-qoduların sonradan üzə çıxarılan bir çox faktları artıq respublika rəhbərliyinin belə məsələyə qarışması ilə nəticələnir. Bu da bir çox dedi-qoduların (respublika mətbuatında dərc olunan faktsız yazıları da bu dedi-qodulara aid etmək olar) insanların həyatına müdaxilə edilməsinə və rahatlıqlarının istismarına gətirib çıxarır. Təəssüf etməkdən başqa əlimizdən bir iş gəlməyəcək bu məsələdə hüquq mühafizə orqanlarının canfəşanlığını da qeyd etməmək olmaz.

Müxtəlif saytlarda dərc olunan bir sıra qərəzli faktsız yazılara maraq göstərən hüquq mühafizə orqanlarının müdaxilə etdiyi bu məsələlərin fakt axtarışının nəticələri barədə məlumatlar çox maraqlıdır.

Bu orqanlara müraciət olunan şikayətlər çoxdur, yoxsa yazı axtarışları?

Təəssüf ki, bu məlumata olan marağı təmin etmək üçün səy göstərməyin əhəmiyyətsiz qalacağı bir çoxumuza məlumdur.

Rüşvətin baş alıb getdiyi ölkəmizdə bu məlumatların dəqiq olacağına inam da azalıb.

Hüquq mühafizə orqanlarının, eləcə də dedi-qodu həvəskarlarının maraq dairəsini genişlənməsinə xidmət edən əməllərin hər zaman olacağı bəlli olsa da, ictimaiyyətin yüksək təbəqələrinin, savadı və dünyagörüşü ilə, əhəmiyyətli işləri ilə xalqa xidmət edən nümayəndələrinin, eyni zamanda gündəlik dolanışığı üçün çalışan kiçik xidmət adamlarının bu kimi əsaslı, yaxud əsassız dedi-qodulara ayırmalı olduqları zamana yazıq…

Sənubər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here