Ədalət budur…

0
139

Kanadada bir yaşlı kişi çörək oğurladığına görə tutulur və məhkəməyə göndərilir.
Qoca günahını etiraf edir və səhvini belə izah edir “O qədər ac idim ki, az qala öləcəkdim”
Hakim qərar verir “Oğurladığını etiraf etdiyinə görə, sizi on dollar cərimə edirəm”

Bu pulu ödəyə bilməyəcəyinizi də bilirəm, buna görə də sizin əvəzinizə mən ödəyəcəyəm
Məhkəmə zalında hamı susdu, hakim cibindən on dollar çıxartdı və qocanın cəriməsi olaraq xəzinəyə aparılmasını istədi

Sonra ayağa qalxdı və salondakılara dedi
“Hamınız günahkarsınız və hər biriniz on dollar ödəməlisiniz, çünki yaşlı bir kişinin oğurluq etməyə məcbur qaldığı bir şəhərdə yaşayırsınız”

Məhkəmə zalında 480 dollar toplandı və toplanan pulu hakim yaşlı kişiyə verdi
Və əlavə etdi “Mədəni insanların yaşadığı bir şəhərdə oğurluq edən yaşlı adam görsəniz, bilin ki o şəhəri idarə edənlər xalqın pulunu oğurlayır.”

Üç il əvvəl Kanadada baş verən bu olay bu gün də öz ibrətdolu əhəmiyyətini itirmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here