Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir – Deputat

0
29
Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat
H.Mirələmov bildirib ki, aparılan məqsədyönlü sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir:

Deputat vurğulayıb ki, dövlətin həyata keçirdiyi strategiyanın əsas xətti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, insanların rifahının gündən-günə yüksəldilməsidir: “Bu il dövlət başçısı tərəfindən çox ciddi və böyük sosial paket reallaşdı və bunun nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiya, əməkhaqqı, müavinətlər artırıldı”.

H.Mirələmov əlavə edib ki, Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl sektorun inkişafı istiqamətində yaradılan səmərəli şərait, demokratik ortam xarici əməkdaşlıq əlaqələrinin də miqyasının genişlənməsinə, ölkəyə investor axınına rəvac verir:

“Hazırda Azərbaycan nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq nüfuzlu təşkilatların diqqətini çəkməklə yanaşı, müxtəlif reytinq cədvəllərində də ilk sıralarda yer alır. Azərbaycanın “Doing Business 2020″ reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alması da yuxarıda qeyd etdiyimiz fikirlərin əyani təcəssümüdür.

Dünya Bankı ekspertləri hesab edir ki, ölkəmizin belə bir müsbət nəticəyə imza atması Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahələrində həyata keçirilən mühüm tədbirlərin real həyatda öz təsdiqini tapması ilə əlverişli biznes mühitinin formalaşmasının nəticəsidir”.

H.Mirələmov qeyd edib ki, davamlı uğurlar silsiləsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin yüksələn dinamika ilə inkişafının göstəricisi kimi çox sevindiricidir: “Bunu əlbəttə ki, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, eləcə də xarici investisiya qoyuluşlarının həcminin artması üçün yaradılan əlverişli biznes mühiti şərtləndirir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here