“Belə haqsızlıqlara sədd çəkilməlidir ki, ziyan çəkən fermer vəsaiti asanlıqla ala bilsın”

0
21

Mayın 3-də  Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli  öz çıxışında bildirib ki: ”əgər nəzərə alsaq ki, Azərbaycanda iqtisadiyyatda məşğul əhalinin 37 faizə yaxını aqrar sahədə çalışır və 800 mindən artıq fermer təsərrüfatının çörəyi torpaqdan çıxır,onda həmin insanların fəaliyyətinin dəstəklənməsi  üçün aqrar sahədə sığorta işinin həyata keçirilməsinin nə qədər zəruru olduğu  aydın olar.”
Onun sözlərinə görə, “Aqrar sığorta haqqında”  qanun layihəsi İspaniya modeli əsasında hazırlanıb, həm də Türkiyə təcrübəsi əsas götürülüb: “Azərbaycanda bu modelin uğurlu fəaliyyətini təmin etməkdən ötrü  çox sadə və aydın bir sığorta müxanizmi qurulmalıdır. Sığorta mexanizmi elə olmalıdır ki, sığortaçı ilə sığortaolunan arasında inamsızlıq aradan qalxsın. Tariflər elə qurulmaldır ki, həm sığortaçı,həm də sığortalı üçün yaralı olsun, yəni fermer də, sığortaçı da öz xərclərini ödəyə bilsinlər ki, onların qarşılıqlı marağını ifadə etsin.” Deputat  əlavə edib ki: “Aqrar sığorta bazarının inkişafını istəyiriksə, effektiv işlək mexanizm yaradılmalıdır. Kənd təsərrüfatı riskli sahə olduğu üçün sığorta şirkətləri bu sahədə  maraqlı olmayacaq: “Buna görə də dövlətin dəstəyinə ehtiyac var. Komitədə müzakirə zamanı məlum oldu ki, 3 il ərzində ümumilikdə 30 milyon manata qədər vəsaitə ehtiyac olacaq. Kənd təsərrüfatına çoxmilyonlu subsidiyalar fonunda bu sahənin sığorta işinə hər il üçün orta hesabla 10 milyon manat xərc çəkmək dövlət üçün böyük vəsait deyil. Əvəzində  daha böyük fayda görəcəyik. Ona görə də belə dəstək xüsusən ilk mərhələdə  mütləq  lazımdır.
Əli Məsimli bildirib ki:“Azərbaycanda sığorta ilə bağlı problem ondan ibarətdir ki, yığılan sığorta pulunun 80-85%-i sığortaçıya çatır, ən yaxşı halda 10-15%-i isə  sığorta olunanlara verilir. Amma elə işlək mexanizm qurulmalıdır ki, sığorta pullarının,büdcədən ayrılan vəsaitin çoxunun  fermerlərə dəyən ziyanın qarşılanmasına sərf olunmasına nail olunsun”.Bundan ötrü sığortalıya dəyən ziyanın obyektiv,  düzgün qiymətləndirilməsi təmin edilməlidir. “Elə bəhanələr gətirirlər ki, bu bəhanələrin çoxu fermerlərə vəsaitin alınmasına mane olur. Ona görə də sığorta hadisələri aydın yazılmalıdır ki, bəhanələrə  yer qalmasın.  Məsələn, yazılır ki, təbii fəlakət – şimşək çaxdı, yağış yağdı və təsərrüfata ziyan vurdu. İndi sığortaçı gələndə bəhanə axtaracaq ki, yağış yağmağına yağıb, ziyan dəyib, amma burda qeyd olunduğu kimi şimşək çaxmayıb deyə sənə sığorta pulu düşmür. Qanunda yazılıb ki, şimşək də çaxmalıdır. Belə xırdalıqlar əsasında kənd təsərrüfatı ilə məşğul olan insanlar sığorta ödənişindən məhrum edilir. Belə haqsızlıqlara sədd çəkilməlidir ki, ziyan çəkən fermer vəsaiti çox asanlıqla ala bilsın.Effektiv nəzarət mexanizmləri və aşkarlıq olmalıdır.
Deputat sual edib ki: aqrar sığorta ilə əlaqədar iki qurumun – aqrar sığorta orqanı və  idarəedici  qurumun yaradılmasına nə ehtiyac var?”. Həm də yığılan sığorta pulunun 20 faizinin  idarəedici  qurumun saxlanılmasına sərf olunması istafçılıqdır.
Əli Məsimli bildirib ki, aqrar sahədə işlək sığorta mexanizmi qarışıq qabaqcıl təcrübə və texnologiyaların tətbiqi bu sahəyə sərmayə qoyuluşlarının ümumi  sərmayə qoyuluşundakı  payını  indiki 4 faiz səviyyəsində ilişib qalmasını aradan qaldırar,bu sahəyə sərmayə axını artar,  həm də kənd təsərrüfatında artım tempi indiki 3,5 faiz ətrafından əsas məhsullar üzrə 7-8 faizə qalxar ki,bu da Azərbaycan üçün çox vacibdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here