Azərbaycana turist axını artıb

0
540

Dünya Turizm Mərkəzi ən çox səyahət edilən ölkələrin adlarını açıqlayıb.

ATOR-un yaydığı xəbərə görə, ötən il ərzində dünyada 1,5 milyard beynəlxalq səyahət qeydə alınıb. Bu rəqəmin 2018-ci ilə nisbətən 4 faiz çox olduğu bildirilir.

Turistlərin qəfil axınının yüksəldiyi ölkələr arasında Azərbaycanın da adı çəkilir. Ölkəyə turist axınının 11,4 faiz artdığı qeyd edilir.

Statistikaya görə, ən çox səyahət edilən ölkə Fransadır. Onun ərazisinə il ərzində 90 milyon turist gəlib.

İkinci yerdə (83,8 milyon turistlə) İspaniya, 3-cü yerdə isə ABŞ dayanır (78,7 milyon turist).