Azərbaycan cari ildə ən çox İtaliyaya məhsul göndərib

0
36

Yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 8 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 870 milyon 756 min ABŞ dolları, Türkiyəyə 1 milyard 739 milyon 92 min dollar, İsrailə isə 953 milyon 902 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 116 milyon 341 min dollar, Türkiyə ilə 2 milyard 714 milyon 88 min dollar, Rusiya ilə isə 1 milyard 828 milyon 138 min dollar təşkil edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here