Yarışda qəzaya uğramış pilotu motosiklet vurdu – VİDEO

0
49

İspaniyanın Valensiya şəhərində keçirilən “MotoGP” yarışlarının 19-cu mərhələsində faciənin eşiyindən dönülüb.

Yarışma zamanı bir neçə yarış iştirakçısı idarəetməni itirərək, əsas yoldan çıxıb.

Onlardan bir də fransız Joan Zarko olub.

Zarko motosikletden çıxaraq tribunalara tərəf getmək istəyəndə ispan İker Lekuonun motosikleti sürətlə ona çırpılıb və pilotu zədələyib.

Buna baxmayaraq, fransız özü hadisə yerindən çıxa bilib.

Bu görüntülər “YouTube”a yerləşdirilib.

Topuğu zədələnən yarışçı xəstəxanaya çatdırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here