Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək

0
435

Şahmat Olimpiadası Azərbaycanda keçiriləcəkBeynəlxalq Şahmat Federasiyası ölkəmizin mötəbər yarışa ev sahibliyi etmək istəyinə müsbət cavab verib. 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda təşkil olunacaq. Yarış oktyabrın 2-də start götürəcək və 10 gün davam edəcək.

Ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Qeyd edək ki, 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə böyüklər arasında Ümumdünya Şahmat Olimpiadası keçirilib.