Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığması boulinq üzrə dünya çempionatında iştirak edəcək

0
465

Səudiyyə Ərəbistanının qadınlardan ibarət boulinq yığması tarixdə ilk dəfə olaraq Las-Veqasda keçiriləcək dünya çempionatında iştirak edəcək.

Las-Veqasdakı yarışda iştirak etmək üçün idmançılar Nahla Adas, Məryəm al-Dosarı, Aşail al-Abid al-Vahid, Qada Nemr, Amani al-Qamdi və Xadil Tarmin misirli məşqçi Sara Camalın rəhbərliyi ilə ABŞ-a yola düşəcəklər.

Qeyd edək ki, boulinq üzrə dünya çempionatı avqustun 22-dən 30-dək davam edəcək.