Renat Dadaşov “Vulverhempton”a transferini zarafat bilib – Açıqlama

0
27

Renat Dadaşov “Vulverhempton”a transferini zarafat bilib

Xəbər verdiyimiz kimi, İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton” klubu futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadadaşovu transfer edib.

Gənc hücumçu keçidlə bağlı fikirlərini bölüşüb.

“Çox xoşbəxtəm və həyəcanlıyam. Bu komandanın bir parçası olmaq gözəldi. Agentim məni yığıb “Vulverhempton” səni istəyir” dediyində “mənimlə zarafat edirsən?, bu doğrudur? – deyə cavab verdim. Belə bir komandanın transfer təklifini həmin an qəbul etdim. Hər bir futbolçu Premyer Liqada oynamağı arzulayır. Bura çox güclü futbolçu kimi qayıdacağıma söz verirəm”, – deyə 20 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, “Vulverhempton” gənc forvardı Portuqaliyanın “Pakoş de Ferreyra” klubuna 1 illik icarəyə verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here