“Neftçi”nin taleyi italiyalılara tapşırıldı

0
19
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.
Qitənin ali futbol qurumu bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
Görüşün baş hakimi Daniele Doveri olacaq.
Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.
Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.
Qeyd edək ki, avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here