“Liverpul” UEFA Superkubokunun qalibi oldu

0
461

Türkiyənin İstanbul şəhərində UEFA Superkuboku keçirilib.

Superkubokda İngiltərənin “Liverpul” və “Çelsi” klubları qarşılaşıblar.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda klublar hərəsi daha bir qol vuraraq 2:2 hesabı ilə penallaşmaya yollanıblar.

Penallaşmada “Liverpul” klubu 5:4 hesabı ilə rəqibindən güclü olub və Superkubokun sahibi olub.