Koronavirusa görə təxirə salınmış Azərbaycan Superliqası sabahdan bərpa olunacaq

0
399

Basketbol üzrə kişilər arasında təxirə salınmış Azərbaycan Superliqasının oyunları sabahdan bərpa olunacaq.

 Azərbaycan Basketbol Federasiyasının saytına istinadən xəbər verir ki, martın 3-də və 5-də keçirilməsi nəzərdə tutulan, lakin koronavirusa görə təxirə salınmış XXI turun qarşılaşmaları sabah baş tutacaq.

Qeyd edək ki, üçüncü dövrənin sonuncu turunun matçları Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək.

İlk matç saat 12:00-da “Atom” – “Zirvə” görüşü ilə start götürəcək.