Bakıda daha bir mötəbər yarış başlayır – 132 qızıl medal sahibini tapacaq

0
105

Məlum olduğu kimi, 21-27 iyul tarixlərində Azərbaycanda daha bir mötəbər yarış – Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçiriləcək.

XV dəfə baş tutacaq bu yarışda 14-18 yaşlı idmançılar iştirak edəcək.

Komandalar 10 idman növü üzrə mübarizə aparacaq. Bu yarışlar bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə keçiriləcək.

Bakıdakı yarışda 132 medal dəsti sahibini tapacaq. Belə ki, bədii gimnastikada 14, atletikada 37, basketbolda iki, velosipeddə dörd, həndbolda iki, cüdoda 18, üzgüçülükdə 31, tennisdə dörd, voleybolda iki və güləşdə 18 qızıl medal veriləcək.

Yarış 12 idman obyektində keçiriləcək. Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də saat 20:00-da gerçəkləşəcək. Bağlanış mərasimi isə 27 iyul saat 20:00-da başlayacaq. Hər iki mərasimin məkanı Kristal Zaldır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here