Azərbaycanlı hakim 14 dəfə dünya çempionu olmuş komandanın oyununu idarə edəcək

0
547

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov noyabrın 21-dən dekabrın 14-dək Paraqvayın Luke şəhərində keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Artıq onun ilk təyinat aldığı oyun bəllidir.

Noyabrın 22-də D qrupunda keçiriləcək Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, Braziliya millisi çimərlik futbolunda 14 dəfə dünya çempionluğu adını qazanıb.