Hərbi pilot Rəşad Atakişiyevin nəşi parçalanmış halda tapılıb

0
32
Itkin düşmüş pilot Rəşad Atakişiyev

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyevin nəşi tapılıb.

BBC News Azərbaycancaya danışan Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli deyib ki, “bu gün pilotun nəşi tapılaraq sudan çıxarılıb. Atasından və anasından DNT analizi üçün nümunələr götürülüb”.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb”.

“Pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub”, Qabil Hüseyinli deyib.

Azərbaycan ordusuna məxsus təyyarənin qəzaya uğramasına nə səbəb ola bilərdi? Təhlil

Onun sözlərinə görə, pilotun oturacağı iki hissəyə parçalansa da, təyyarənin gövdəsində qalıb və bədən hissələri oradan tapılıb.

“DNT analizinin nəticələri bitən kimi bu gün bizə cavablar veriləcək. Sabah əvvəlcə evində sonra isə Müdafiə Nazirliyində pilotla vida mərasimi keçirilib, İkinci Fəxri Xiyabanda dəfn olunacaq”, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli deyib.

Müdafiə Nazirliyi deyir ki, sabah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Bazar ertəsi isə MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb, Müdafiə Nazirliyi bildirib.

Hərbi təyyarə ötən ay, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here