Cəmi 2 ay əvvəl evlənmişdilər -ailənin 5 üzvü dəfn olundu + FOTO

0
32
Cəmi 2 ay əvvəl evlənmişdilər -ailənin 5 üzvü dəfn olundu + FOTOİmişli rayonunda qəzaya düşərək kanala yuvarlanan maşında boğulan şəxslər dəfn olunub.

Xəbər verdiyimiz kimi, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Bir ailənin 5 üzvü olan şəxslər bu gün İmişli rayonunda torpağa tapşırılıb. Qəza nəticəsində 50 yaşlı Etibar Məmmədov, onun həyat yoldaşı Mərziyə, oğlu Elnur, Elnurun arvadı Afət və əmisi Şamxal vəfat edib.

Elnur Məmmədov iki ay öncə evlənib və fəhləliklə məşğul olurmuş.
Cəmi 2 ay əvvəl evlənmişdilər -ailənin 5 üzvü dəfn olundu + FOTO

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here