Bakıdan Alanyaya uçan təyyarə Ankaraya endi – Səbəb

0
24

Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Eyrveys”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.

Bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib və hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here