Azərbaycandakı DƏHŞƏTLİ QƏZANIN VİDEOSU yayıldı

0
92
Qəza yerindən video əlavə olunub.
****

10:51
Masallıda qəzada 2 ailənin 6 nəfər üzvü həyatını itirib.
Baş vermiş yol qəzası zamanı iki ailənin hər birindən 3 nəfər olmaqla 6 nəfər ölüb.
Qeyd edək ki, Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib.
10:15
Masallıda baş vermiş yol qəzasında ölənlərdən 6 nəfərinin adları məlum olub.
Qəza nəticəsində, Rəşad Atalı oğlu Tağıyev (1998), Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Hikmət oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Hikmət oğlu Rzayev (2008) və Ayxan Natiq oğlu Rufullayev (2016) həyatını itirib.
08:59
Masallıda yük maşını “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.
Qəzada xəsarət alan qadının 24 yaşı olduğu bildirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here