Avtomobil yarışları çempionu təyyarə qəzasına düşdü, sağ qaldı – VİDEO

0
45

Amerikalı yarış avtomobili sürücüsü Deyl Ernhardt ailəsi ilə birlikdə təyyarə qəzasına düşüb və sağ qalıb.

Hadisə Tennesi ştatında, Elizabetton şəhərinin aerodromunda qeydə alınıb.

“Cessna Citation” təyyarəsi aerodroma eniş zamanı enmə-uçuş xəttindən çıxıb və alışıb.

Hadisə zamanı NASCAR avtomobil yarışları üzrə ikiqat çempion Deyl Ernhardt (kiçik), onun bacısı, həyat yoldaşı və 1 yaşlı qızı Ayla da hadisə zamanı təyyarədə olublar. Xoşbəxtlikdən onlar hamısı sağ qalıb.

NASCAR avtomobil yarışları üzrə ikiqat çempion Deyl Ernhardt karyerasını 2017-ci il mövsümündən sonra başa vurub. Onun atası Deyl Ernhardt isə NASCAR yarışlarının yeddi qat çempionu olub və 2001-ci ilin yarışlarında həlak olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here