“Zara” soyunub-geyinmə otaqlarına kamera qoyub?

0
601

Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.

Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır?
Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

Məsələ ilə bağlı “Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək.