İctimai Nəzarəti ictimai davalara çevirməyin

0
489

“Ölkəmizin prezidentinin bütün sosial və ictimai problemlərin onun şəxsi internet səhifələrinə yazmağı xahiş edən müraciəti onun mühüm səlahiyyətlər verdiyi insanlara olan inamsızlığını sübut etdi”.

İNK-sədri, DAMM I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov ictimaiyyət nümayəndələrinə seçki sonrası müraciətlərində bununla yanaşı söyləmişdir:

“Bu müraciətdən sonra insanların böyük inamına və ümidinə doğru böyük bir addım atmış insanı artıq hansısa saxtakarlıqda ittiham etməyimiz mümkün deyil. Ətrafımızada baş verən bütün qanunsuzluqlara görə ölkə prezidentinin və onun səlahiyyət verdiyi şəxslərin əlaltısı olmayacaq qədər yüksək iradə, mübarizə əzmi, həqiqəti söyləmək cəsarəti olmayan, vəzifə və maaşını itirmək qorxusu yaşayan insancıqlarımızı qınamalı və günahlandırmalıyıq”

Rasim Məmmədov ölkənin ictimai fəallarının qınağı və qanunsuzluqları söyüşçü müxalifətdən nümunə götürməklə deyil, sivil qaydalara riayət edərək real faktlarla mədəni nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.

“ictimaixeber.az”