Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıblar – AÇIQLAMA

0
416

“Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”.

 Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib.

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır.

“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.