Metrodakı gecikmənin səbəbi bəlli oldu

0
676

“Texniki problem qatarların hərəkətində ləngiməyə səbəb deyil” – “Bakı Metropoliteni” QSC Bu gün Bakı metrosunda qatarların hərəkətində ləngimə olub. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, istiqamət göstəricilərində texniki problem olub:
“Lakin bu texniki problem qatarların hərəkətində ləngiməyə səbəb deyil. Ləngiməyə səbəb sərnişinlərin qapıları tutub saxlaması olub. Bu səbəbdən də arxadakı qatar stansiyaya gec daxil olub”.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, 2-4 dəqiqəlik gecikmə qeydə alınıb. Sərnişinlər isə 6-8 dəqiqəlik gecikmənin olduğunu bildirirlər.