Lisey direktoru 140 valideynə onlayn iclas keçirdi

0
11
Hədəf STEAM liseyinin direktoru f.ü.f.d., dos. Şəmil Sadiq 25.03.2020 tarixində liseydə təhsil alan bütün valideynlərin və balabilgələrin ailəvi iştirakı ilə onlayn iclas keçirmişdir.

Microsoft Teams proqramı üzərindən təşkil olunan iclasa 140 nəfər qoşulmuş, onlayn dərslər, şagirdlərin dərslərə hazırlığı, dərslərin cədvəli, ev tapşırıqları, onlayn dərslərdə davranış qaydaları barədə canlı müzakirələr aparılıb.

Valideynlər lisey direktoruna suallarını birbaşa ünvanlamış, qaranlıq qalan nüanslara aydınlıq gətirilib.

Təqribən saat yarım davam edən iclasda növbəti mərhələdə lisey-şagird-valideyn münasibətlərinin qırılmazlığının bu mərhələdəki önəmi bir daha vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here