Jurnalistlər pulsuz müayinə olunacaq

0
117

22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün KİV nümayəndələri üçün ödənişsiz ilkin terapevtik müayinə keçiriləcək.

Müayinəni “Apifioterapiya” Mərkəzinin həkimi fitoterapevt Elnur Eldaroğlu aparacaq.

E.Eldaroğlu bildirib ki, aksiya 24-26 iyul tarixlərində keçiriləcək.

Aksiyadan qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here