İnternat uşaqları yayda hara gedir?

0
37

Yay fəslində istirahət etmək, yeni iş və dərs mövsümünə enerjili qayıtmağın şərtlərindən biridir. Uşaqlar valideynlərinin seçimlərinə uyğun olaraq ya ölkə daxilində, ya da hər hansı bir ölkədə dincələ bilirlər. Bəs valideyn qayığısından məhrum olan, internat məktəblərində təhsil alan uşaqların istirahəti təmin olunurmu? Yaxud onların istirahət etməsi üçün dövlət tərəfindən şərait yaradılırmı?

Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, umumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən, yay tətili müddətində uşaqlar valideynləri (yaxuddigər qanuni nümayəndələr) tərəfindən evə aparıla bilərlər.

Qeyd olunub ki, bu və ya digər səbəblə bağlı evə aparılmayan uşaqlar üçün internat məktəbindəyay-istirahət düşərgəsi təşkil olunur, yaxud göndərişlə digər düşərgələrə göndərilirlər: “Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrinbağ massivlərinin yerləşdiyi ərazilərdə yay düşərgələri var. Yay mövsümündə müəssisələrdə qalan uşaqlar həmin istirahət düşərgələrinə köçürülür. Ayrıca yay istirahət düşərgəsi olmayan müəssisələr yay düşərgə rejiminə keçirilir və hər ay üçün tədbirlər planı hazırlanır. Plana uyğun olaraq, uşaqların istirahətinin səmərəli təşkil edilməsi üçün gündəlik tədbirlər həyata keçirilir. Həmçinin yay tətili müddətində uşaqların respublikanın digər səfalı guşələrinə də 1 və ya 3 günlük səfəri təşkil edilir. Əlavə olaraq, yay fəslində dövlət uşaq müəssisələrində olan uşaqlar xəstəliklərinin müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin Uşaqlar üçün Sanatoriyalara göndərilirlər”.

Məlumatda əlavə olunub ki, uşaqların yay istirahətinin təşkilində yerləşdikləri ərazi üzrə yerli icra hakimiyyətləri, təhsil və səhiyyə orqanları internat məktəblərinin rəhbərliyinə hərtərəfli kömək göstərməlidirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here