Gənclər siyasətinin qara fəhlələrini də yada salaq!

0
187

Söz yox, Müstəqillik dönə ində gənclər siyasəti ilə bağlı bu tarixi yaradanlardan biri olduğuma görə haçansa onun sirli, maraqlı gizlinləri haqqında yazacağam!
Kimlər yüzminlərlə layihələri udduğunu nurçu qalmaqalından sonra qismən də olsa bilirsiz, kimlərinsə Avropada qadın paltarı geyindirib oynatdıqlarını da, lap elə indi bizə hürdürülənlərin arxasında da hansı qüvvələrin durduğunu əla bilit cəmiyyət!
Bunlarla işim yox: son 20 ildə dəfələrlə məmurlara evlər, adlar, medal-ordenlər, onların qohum-əqrabalarına, eləcə də yaradaraq qrant axıdılan əlaltı QHT-lərinə yaradılan imkanlara da göz yummaq olar, ən azı hər şey göz qabağındadır!
Üstəlik dövlətdə çalışanlar mənim vergi ödədiyim büdcədən maliyyələşsələr də, vətəndaşa arxa çevirmələrindən tut uş, gənclər siyasərində və vətəndaş cəmiyyətində xidməti olan bizim kimi ictimai fəalları – QHT rəhbərlərini kölgədə saxlamaqda ustalaşmışlaradır sözümüz!
Mən və mənim kimi dövlətdən və cənab Prezidentdən incik saldığınız liderlər onillərdir ölkəmiz üçün heç bir məqsəd güdmədən çalışırıq! Qrabtla ürəklərini almaq istədikləriniz sizlər üçün statistik faktlara görə əhəmiyyət daşıyır!
İllərdir dövlət pullarını və mükafatlarını ayırdıqlarınız hanı bəs?
Dostlarımızın çalışdıqı və bizim də dəstək verdyimiz dövlət qurumları “qrant yoxdur!” desələr də, hansısa məqsədlə özlərinə yaxın buraxdıqları bir neçə QHT-lərə pulları haradan buraxırlar? Bəlkə ciblərindən, yaxud məmurların firmalarından gələn gəlirlərdən?
Usandırmayın bu vətənsevər tarixi ictimai fəalları: özüz də bilirsiz ki, biz sağlam mövqeylilər də getsək, yerimizi lotu-potular, bahalı CİP-də gəzən məmurların meşşan gül balaları, ən pis halda isə qatı nurçu-vəhabiçi-şiəçı-harunçu qüvvələrin beyinlərini sildiyi manqurtlar əvzləyəcək!
Bax onda vay halı ıza və yalvarsanız da biz küsmüşlər geri dönən deyil!

P.S. Mənim indiyə qədər layiq gördüyüm mükafatlar QHT sədri kimi deyil, yaradıci insan və jurnalist peşəmlə bağlı olanlardır!

Aydınxan Əbilov

yazıçı-kulturoloq,

İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin baş katibi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here