Daha bir biabırçılıq: “Qaloş piri”dən yayılan görüntülər böyük səs-küy doğurdu

0
84
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən yeni görüntülər böyük səs-küyə səbəb oldu. Yayılan videoda “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına qaloş sürtürlər. Başlarına qaloş sürtülən insanlar arzularına çatacaqlarına inanırlar.
Bu video ilə bağlı mediada bir çox fikirlər yazılıb. Video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Əslində məsələnin nədən ibarət olması isə araşdırılır.
Həmin görüntüləri təqdim edirik:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here