Bir sıra ictimai obyektlərin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

0
39

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru sentyabrın 17-də Bakıdakı “Amara” oteldə, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz Olimpiya Kompleksində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik rayon Dəvərdibi Kənd Ümumi Orta Məktəbində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar rayon Şahlıq Kənd Tam Orta Məktəbində, Zərdab Rayon Lələağacı Kənd Ümumi Orta Məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran şəhər Mərkəzi Kitabxanasında, Siyəzən Rayon Telekommunikasiya Qovşağında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Minəxorlu Kənd Tam Orta Məktəbində, Bərdədəki Elektron Kitabxanada yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Məktəblərdə keçirilən müəllim-şagird kollektivlərinin iştirak etdikləri tədbirlərdə məqsəd şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin artırılması olub. “Zəlzələ”, “Sel və daşqınlar”, “Dəm qazı”, “112” qaynar telefon xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilib.

Toplantılarda ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına – hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here