Azərbaycan beynəlxalq sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil olundu

0
37

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərində keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”n ölkəmiz ilk dəfə təmsil olunub.

Sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti “Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

Artıq onuncu ildir keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin sərgisi Azərbaycan  nümayəndə heyəti tərəfindən qarşısı alınıb.

16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarının diqqətini xüsusilə cəlb edib.

Qeyd edək ki, stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here