YAPONİYA DÜNYA İQTİSADİYYATINA YÜK OLMAYACAQDIR

0
647

Beynəlxalq maliyyə bazarlarında Yaponiya hökümət başçısının inamlı çıxışı risk iştahını da artıra bilər.

Yaponiya dünya iqtisadiyyatına yük olmayacaqdır

Yaponiyanın baş naziri Abe partiya daxilində dəyişiklikdən sonra açıqlamasında Şimali Koreya mövzusunda Amerika ilə birgə işləyəcəklərini bildirib. Şimali Koreyadan da Yaponiya ilə razılaşmalara sadıq qalınması tələb olunub.

Dünya iqtisadiyyatında risklərin artması şəraitində G7 ölkələrinin razılaşdırdıqları tədbirlərin tətbiqini xatırladan Abe, hökümətinin konstitusiyanın təkminləşdirilməsi müzakirələrinə də davam edəcəyini əlavə edib.

Ölkəsinin isə dünya iqtisadiyyatına yük olmasına icazə verməyəcəyini deyən nazir, dünya iqtisadiyyatında gərginliyin artdığını əlavə edib.

Rusiya ilə bütün regional mübahisəlin həllində məsuliyyəti üzərinə götürən nazir, ölkəsinin Rusiyanı Rugby-Dünya Kubokunda məğlub etməsini istəyib