Xanım sürücü avtomobili “şahə” qaldırdı – VİDEO

0
40

Çində minik avtomobili qəza törədərək dik durub.

İnsident Hangzhou şəhərində yerləşən avtomagistralların birində, arxadan gələn başqa bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda avtobanda hərəkət edən bir maşının istiqamət bildirici və xəbərdarlıq edici dirəyə çırpıldığını, bundan sonra da dirəyə söykənərək dik dayandığı görülür.

Yerli mediada dik duran nəqliyyat vasitəsində qadın sürücü ilə bərabər daha 2 sərnişinin olduğunu, onlardan yalnız sürücünün xəsarət aldığı qeyd edilib.

Aparılan müayinə zamanı qadın sürücünün alkoqol, ya da hər hansı bir narkotik maddənin təsiri altında olmadığı müəyyən olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here