Türkiyədə 11 saat dağıntılar altında qalan qadını belə xilas etdilər – VİDEO

0
437

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdən sonra xilas etmə işləri davam etdirilir, xilasedicilər dağıntılar altında qalan insanların çıxarılmasına çalışırlar.

Türkiyənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (AFAD) “Twitter” səhifəsində zəlzələdən 11 saat sonra dağıntılar altından sağ çıxarılan qadının görüntüləri yerləşdirilib.

Son məlumata əsasən, Türkiyənin Elazığ vilayətində baş verən 6.8 bal gücündəki zəlzələ nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.