“Süleymani ölkəmiz haqqında pis danışırdı”

0
29

“Süleymani ölkəmiz haqqında pis danışırdı”

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin öldürülməsinə daha bir münasibət bildirib.

Tramp Süleymaninin hansı səbəbdən öldürüldüyünü tez-tez soruşanları tənqid edərək onun məşhur terrorçu olduğunu bildirib.

Amerika lideri generalın uzun müddət ABŞ-ın “qara siyahı”sında olduğunu deyib: “Bu şəxs ölkəmiz haqqında pis danışırdı”.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here