Səudiyyə Ərəbistanı ABŞ-ın hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsinə hazırdır

0
95

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkə ərazisində ABŞ-ın əlavə hərbi kontingentinin yerləşdirilməsinə hazır olduğunu bəyan edib.

Bu barədə Səudiyyə Ərəbistanın SPA agentliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ hərbçilərinin Krallıq ərazisində yerləşdirilməsi regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə, Ər-Riyad ilə Vaşinqton arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here