Rusiyadan Ankaraya mesaj: “Özünüz qərar verin” – FOTO

0
362
Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” hesabında “Özünüz qərar verin” başlığı ilə Türkiyə-ABŞ münasibətlərinə dair iki şəkil paylaşılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Paylaşımın sol tərəfində ABŞ Dövlət katibi Mayk Pompeonun fotosu, həmçinin Suriyada türkiyəli əsgərlərin ölməsi barədə sitatı yerləşdirilib: “Biz bu hücumda hərbçilərini itirmiş NATO müttəfiqimiz Türkiyənin yanındayıq”.

Paylaşımın sağ tərəfində isə ABŞ-ın Türkiyədə terror qruplaşması hesab olunan YPG-yə hərbi yardımlarının əks olunduğu “Anadolu” agentliyinin infoqrafikası yerləşdirilib.