Qətərin paytaxtında qeyri-adi yol istifadəyə verilib

0
416

Doha şəhərinin hakimiyyəti Yapon şirkəti ilə birgə pilot layihə həyata keçirir: mərkəzi küçələrdən biri mavi rəngə boyadılıb. Bu haqda “Gulf Times” dərgisi yazır.

Mütəxəssislər hesab edirlər ki, bu addım asfaltın temperaturunu təxminən 15-20 dərəcə azaltmağa kömək edəcək, çünki qara rəng daha çox istilik udur və saçır.

Bundan başqa, mavi rəngə boyadılmış küçə gözə xoş gəlir.

18 ay davam edəcək layihə uğurlu olacağı təqdirdə şəhərin digər küçələri də mavi rəngə boyadılacaq.