Putindən gürcü jurnalistə cavab

0
80

Gürcüstan xalqına hörmətə görə və Gürcüstanla ikitərəfli münasibətlərin qorunması naminə bu ölkəyə qarşı sanksiya tətbiq etməyə dəyməz.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı gürcü jurnalist Georgi Qabuniyanın onun ünvanına təhqiramiz sözlər işlətməsi ilə bağlı yaranmış mübahisələrə də münasibət bildirib:

“Birisi özünü nəsə hesab edərək ortaya çıxıb. Heç kəs onun barəsində əvvəllər heç nə bilmirdi, indi isə hamı ondan danışır. Bu mənada, o, istəyinə nail olub”.

V.Putin qeyd edib ki, tarixi bilməyənlər Gürcüstanda Rusiya əleyhinə ab-hava formalaşdırırlar və nəticə etibarilə Gürcüstana zərər yetirirlər:

“Gürcüstanlı jurnalist Georgi Qabuniyaya qarşı cinayət işi açmaq onun üçün böyük şərəf olardı. Qoy, veriliş yayımlanmağa davam etsin”.

Xatırladaq ki, “Rustavi-2” telekanalının aparıcısı G.Qabuniya iyulun 7-də özünün müəllif verilişində Rusiya Prezidenti və onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here