Prezident oyun zamanı mikrafonla hakimi söydü – VİDEO

0
78

Çeçenistan prezidenti Ramzan Kadırov növbəti dəfə oyun zamanı hakimi təhqir edib.
Bu, Rusiya Premyer Liqasının V turunda keçirilən Axmat – Spartak oyununda yaşanıb. Referinin idarəçiliyindən narazı qalan Kadırov “Axmat Arena”da keçirilən görüşün 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq baş hakim Aleksey Suxoyun ünvanına təhqiramiz ifadələr işlədib.
Qarşılaşma Axmat-ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here