Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü

0
20

Vaşinqton Universitetinin alimləri okean suyunun istiləşməsinin bir ildən də az müddətdə 1 milyondan dəniz quşunun ölümünə səbəb olduğunu açıqlayıblar. Bu isə bəşər tarixində ən kütləvi məhv olmadır.

2013-cü ildən başlayan istiləşmə 2015-2016-cı illərdə güclənib və Sakit okean suyunun 1600 kilometr məsafədə 3-6 dərəcə yüksəlməsinə səbəb olub. Nəticədə yüksək təzyiq okean suyunu onun sərinləməsinə kömək edən fırtınalarsız qoyub. Bu da okeanın ekosisteminə ciddi ziyan vurub. Nəticədə bir çox heyvanın qidalandığı yosunların sayı azalıb. Artan zərərli yosunlar isə canlıların ölümünə səbəb olub. Bu isə quşların kütləvi şəkildə aclığına və məhvinə gətirib çıxarıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here