Oğrulardan qorunmaq üçün üzüyünü uddu – FOTO

0
447

ABŞ-da bir gənc qadın tək qaşlı brilliant üzüyünü oğrulardan qorumaq üçün ağlasığmaz üsula əl atıb.

ABŞ-ın Kaliforniya ştatında 29 yaşlı Cena Evns adlı qadın gördüyü yuxudan sonra brilyant qaşlı üzüyünü udub.

O, yuxuda soyğunçuların avtomobilinə mindiyini və quldurlardan qorumaq üçün öz üzüyünü udduğunu görüb.

Qadın oyananda üzüyü barmağında deyilmiş. Yuxunun təsirindən üzüyünü həqiqətən udduğunu sanan qadın həyat yoldaşıyla xəstəxanaya gedib. Müayinələr nəticəsində gənc qadının üzüyünün udduğu aşkar edilib.

Üzük mədədən əməliyyatla çıxarılıb.