Nikolun Putindən imtinası və Nazarbayevi suçlaması… – Kuznetsov

0
648

Gəlin, razılaşaq ki, biz burada təhlillə məşğuluq, Avrasiya Ali İqtisadi Şurası (AAİŞ) liderlərinin görüşündə baş verənləri felyeton və ya satira şəklində işıqlandırmırıq. Başa düşürəm ki, Azərbaycan mediasında acı sözlə erməniləri incitmək dəbdədir. Və bunun səbəbləri aydındır. Amma bu bizə əsas vermir ki, jurnalistikanın janrlarını qarışdıraq. Buna görə də mənim baxışım Azərbaycanda mövcud olan baxışdan müəyyən qədər fərqlənəcək.

Bu sözləri rus politoloq və tarixçi Oleq Kuznetsov Nur-Sultanda baş tutan AAİŞ liderlərinin görüşü zamanı Paşinyanın hətta Putinlə görüşdən imtina edərək dərhal İrəvana qayıtmasını şərh edərkən deyib. Tarixçinin sözlərinə görə, hazırda çox az adam bilir ki, Qazaxıstanda nə baş verir:

“Biz hamımız yaxşı filtrlənmiş məlumatlardan istifadə etmək məcburiyyətindəyik. Yəni bu məlumatın yayılan formasının bir qədər redaktəyə məruz qaldığını istisna etmirəm. Ona görə də Ermənistanın Baş nazirinin belə bir addım atmasının səbəbləri haqda danışmağa hazır deyiləm. Bu məsələ ilə bağlı hər hansı rəsmi bəyanat hadisələri redaktə olunmuş formada göstərəcək və bu forma reallıqla uyğunlaşmayacaq. Məhz bu səbəbdən mən Nazarbayev və Putinin Ermənistan Baş naziri Paşinyanı ələ salıb-salmadığı haqda dəqiq bir söz deyə bilmərəm. Çünki orda dəqiq nələrin baş verdiyindən xəbərsizəm. Reallıqda biz iki faktı dəqiq bilirik: birincisi, Paşinyan Putinlə görüşdən imtina edir, ikincisi, öz rəsmi səfərini vaxtından tez sonlandırır. Bundan bir nəticə çıxarmaq olar: yüksək səviyyədə AAİŞ liderlərinin görüşü fiaskoya uğradı. Amma bunun günahkarının kim olduğunu bilmirik. Bunun daha bir əhəmiyyətli aspekti var ki, Nazarbayev “Belovejsk ortaqlığı”nda iştirak etməyib. Əgər Paşinyan Nazarbayevi açıq şəkildə günahlandırıbsa, onda o öz karyerasını məhv edib. Çünki bu kimi mühakimələr hansısa kəndli gedənin sözlərinə oxşayır. Mən bilmirəm Nazarbayev bu mühakimələrə nə reaksiya verəcək. Mən onun yerində olsaydım, Paşinyanın üzünə gülüb, ona “ağlını itirmisən” deyərdim. Və ona rus atalar sözünü xatırladardım: “Axmaq ilə nəsə itirmək nəsə qazanmaqdan daha təhlükəsizdir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya Ali İqtisadi Şurasının toplantısında iştirak üçün getdiyi Nur-Sultan səfərini yarımçıq qoyaraq, İrəvana qayıdıb. O, hətta Putinlə nəzərdə tutulan görüşü də keçirməyib. Həmçinin Qazaxıstan lideri Nursultan Nazarbayevin Aİ liderlərinin hamısına Paşinyan istisna olmaqla mükafat verməsi diqqət çəkib.

Paşinyan isə geri qayıdandan sonra SSRİ-nin dağılmasında N.Nazarbayevin günahı olduğu barədə məzmunsuz bir açıqlama verib.