Müsəlman ölkəsində ŞOK: Ailmlər edam olunacaq

0
490

Səudiyyə Ərəbistanı Ramazan ayının sonunda 3 məşhur din xadimini edam edəcək. Bunu Həmas terror təşkilatının siyasi bürosunun üzvü Musa Əbu-Mərzuk tvitter hesabında yazıb.

Əbu-Mərzuk 2 səudiyyəli rəsmi şəxsə istinadən verdiyi xəbərdə 2017-ci ildə həbs olunan İslam alimi Salman Əl-Avdə, natiq Avad əl-Karni və dini veriliş aparıcısı Əli ƏL-Öməri edam olunacağını iddia edib.

O, sözügedən şəxslərin ölümündə Səudiyyə Ərəbistanı hökumətini, bu hökum verənləri, hakimləri və hökmdən xəbərdar olub yardım etməyən şəxsləri ittiham edib.

Səudiyyə Ərəbistanında məhbusların hüquqlarını müdafiə edən “Düşüncə məhkumları” hərəkatı din adamlarının edam edilməsinin cinayət olduğunu yazıb. Hərəkatın tvitter hesabında hökumətdən məhkumların azad edilməsi, akademik, din adamları və siyasi fəallara qarşı açılan bütün istintaq işlərinin dayandırılması tələb edilib.

Qeyd edək ki, ötən gün İngiltərədə fəaliyyət göstərən “Middle East Eye” nəşri sözgedən alimlərin qohumlarına və iki hökumət nümayəndəsinə istinadən verdiyi xəbərdə din adamlarının edam olunacağını iddia etmişdi.

Din adamları məhkəmədə terror təşkilatına liderlik etməkdə, Ər-Riyadın Qətərə tətbiq etdiyi blokadaya qarşı çıxmaqda, Müsəlman Qardaşlar Təşkilatı ilə əməkdaşlıqda, hökumətin uğurlarına kölgə salmaqda, milli təhlükəsizliyə təhdid yaratmqda ittiham olunublar. Onlara qarşı 37 maddə ilə cinayət işi açılıb.

Səudiyyə Ərəbistanından ötən ay terror təşkilatı qurmaq və düşmənlərlə əməkdaşlıq ittihamları ilə 37 nəfər edam olunub.