Müsəlman xanım əlləri bağlı üzməklə 2-ci dəfə Ginnesin Rekordlar kitabına düşdü -FOTOLAR

0
677

Iranlı üzgüçü xanım İlham Sədət Əsğəri ikinci dəfə əlləri bağlı şəkildə Fars körfəzinin sularında 3 saatdan üzərək özünün 2017-ci ildə əldə etdiyi dünya rekordunu yeniləyib.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  üzgüçü qadın bu dəfə əlləri bağlı halda 5500 metr məsafəni üzüb. Bununla müsəlman  xanım üzgüçü ikinci dəfə Ginnesin Rekordlar kitabına düşüb.
İlham Sədət Əsgərinin dünya rekordunun qeydə alınması  Birləşmiş Ərəb Əmirliklərində, Ginnes Rekordu şəhadətnaməsinin təqdimatı isə Tehranda keçirilib.
Qeyd edilir ki, 2017-ci ildə müsəlman xanım 1-ci rekordu əli bağlı şəkildə 4200 metr məsafəni üzməklə əldə edib.
Bu iranlı qadın üzgüçü italiyalı Paolo Karetsperiyə aid əvvəlki rekordu yeniləyib. Üstəlik xanım Əsğəri üzən zaman sırf İslami geyimdə olub.
Məlumata görə, Ginnesin rekordlar kitabında İlham Sədət Əsgəri ilə yanaşı, daha 4 iranlı rekordsmenin də adları var. Onlardan 2-si futbolda vurduqları qolun sayına, digər 2-si isə çiyinləri ilə top çilədiklərinə görə bu kitabda qeyd ediliblər.