Kosmonavtlar açıq kosmosa çıxdılar

0
25
NASA kosmonavtları Nik Heyq və Andrü Morqan açıq kosmosa çıxıblar.
Kosmonavtlar Beynəlxalq Kosmik Stansiyanın adapteri üzərində işləmək üçün bu addımı atıblar. NASA hadisəni öz internet səhifəsində birbaşa yayımlayıb.
Nik və Andryu skafandrları avtonom qidalanma rejiminə keçiriblər. Stansiyanı ilk olaraq Heyq tərk edib, bu, onun açıq kosmosa üçüncü çıxışıdır. Bir neçə dəqiqə sonra isə Morqan da stansiyanı tərk edib və bu onun açıq kosmosa ilk çıxışıdır.
Kosmonavtlar stansiyadan kənarda 6,5 saat keçirəcəklər. Onlar adapterin quraşdırılması işini yekunlaşdırmalıdırlar

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here