Koronavirus pandemiyasının yayılması ilə əlaqədar Ermənistandan Dağlıq Qarabağa getmək müvəqqəti olaraq, qadağan edilib

0
50

Ermənistan Polisinin yaydığı bəyanatda belə deyilir.

Ermənistanda fövqəladə vəziyyətin elan edilməsi və koronavirusun yayılmasının qarşısını almaq üçün görülən işlərin səmərəliliyini təmin etmək məqsədilə Sotk (Sünik rayonunda kənd)-Kəlbəcər yolunda, Tex və Sünik sərhəd məntəqələri yaxınlığında polis postları qurulacaq.

“Qarabağda qeydiyyatı olanlar, yükdaşıyanlar, jurnalistlər və qarşıdan gələn seçkilərin müşahidəçiləri istisna olmaqla digər vətəndaşların səyahəti qadağan edilir. Lakin giriş üçün yuxarıda göstərilən vətəndaşların yanında müvafiq sənədlər olmalıdır”-Ermənistan Polisinin xəbərdarlığında belə qeyd edilir.

Xatırladaq ki, martın 25-də Xankəndidə koronavirusla mübarizə məqsədilə yaradılmış xüsusi komissiya Dağlıq Qarabağın erməni icmasını ən azı 7 gün ərzində Ermənistana səfərə getməməyə çağırıb. Buna səbəb Ermənistanda koronavirusa yoluxanlarının sayının 330 nəfərə çatmasıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here