İslam dünyası Qurban bayramını qeyd edir

0
20

kurban bayrami namaz1.jpg

Qurban bayramı bütün İslam dünyasında coşğu ilə qeyd olunur.

Bayramın ilk günündə Türkiyədə  səhərin erkən saatlarda məscidlərə axın oldu.

Bayram namazından sonra  insanlar bayramlaşdılar, daha sonra qurbanlarını kəsdilər.

4 gün davam edəcək bayramda  hər kəs qohumlarına və tanışlarına baş çəkərək onlarla bayram süfrəsinin arxasında toplaşacaqlar.

Dünya müsəlmanları Qurban bayramının coşğusunu bölüşürlər.

Bayram həyəcanı səhər erkən saatlarda qılınan bayram namazı ilə başladı.

Avstraliyadakı məscidlər namazlarını qılmaq və bayramın nemətlərini bölüşmək istəyən müsəlmanlarla doldu.

Bayramdan sonra müsəlmanlar bir-birləri ilə bayramlaşdılar.

Filippinin Banqsamoro Muxtar Bölgəsində yaşayan Moro müsəlmanları da bayram namazını qılmaq üçün məscidlərə axışdılar.

Müsəlmanların çoxluq təşkil etdiyi Mindanao adasında hər yaşdan olan kişi və qadınlar ibadətə uyğun yerlərdə görüşdülər.

Bayram coşğusunu Türkiyədən bölgəyə gedən qeyri-hökumət təşkilatlarının könüllüləri də paylaşdılar.

Çin, Qırğızıstan, Özbəkistan və bir çox başqa ölkədəki müsəlmanlar səhər tezdən məscidlərə axınla getdilər və bir-birinin bayramını təbrik etdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here