İngiltərə şahzadəsi və xanımı Pakistanın ikinci böyük şəhəri olan Laxora gediblər

0
533

Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton bu ölkənin ikinci böyük şəhəri olan Laxora gediblər.

Qonaqlar Laxorun qubernatoru ilə görüşüb, birlikdə şəhəri gəziblər.

Sonra Uilyam və Keyt “National Cricket Academy”yə gedib kriket oynayıb, yerli idman ulduzları ilə görüşüblər. Keyt “Sos Chilldreris Village” təşkilatının ofisində məruzə ilə çıxış edib.

Sonra Şahzadə və xanımı Laxordakı dünyanın ən böyük məscidlərindən biri olan Badşaxidə olub. Mətbuat yazır ki, Keyt firuzə rəngli milli geyimi və baş örtüyü ilə diqqəti cəlb edib.

Məsçidi ziyarət etdikdən sonra Uilyam və Keyt Ledi Diananın dostu, Pakistanın Baş naziri İmran Xan tərəfindən yaradılan “Shaukat Khanum Canser Centre” onkoloji mərkəzində də olublar.