Həftəiçi baş nazir, həftəsonu həkim olan şəxs

0
659
Xoşbəxtlik Nazirliyinin olması ilə tanınan Butan Krallığı maraqlı bir yeniliyi ilə gündəmdədir.

Ölkənin baş naziri Lotay Tşerinq həftəiçi dövlət işlərilə məşğul olur, həftəsonu isə xəstəxanada işləyir.

2008-ci ildə mütləq monarxiyaya son qoyulan Butan Krallığında üçüncü dəfə demokratik seçkilərdə baş nazir seçilən L.Tşerinq bir əməliyyat sonrası jurnalistlərin suallarını cavablandırıb.

Baş nazir həkimlik etməyin onu gündəlik stressdən xilas etdiyini deyib:

“Kimi qolf oynayır, kimi ox atır, mən də əməliyyat etməyi sevirəm”.

50 yaşlı baş nazirin həkim önlüyü ilə xəstəxanada gəzməsinin heç kimdə təəccüb doğurmadığı bildirilir.

Qeyd edək ki, Butan bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bura dünyanın karbondan azad olan tək ölkəsidir. Yəni atmosferə karbon qazı atılmır. Konstitusiyaya görə ölkə torpaqlarının 60 faizi meşə olmalıdır. Burada əsasən ekoturizm məşhurdur. Ölkə çox az sayda turist qəbul edir. Tütün məmulatlarının satışı qadağandır. Paytaxt Thimphuda işıqfor yoxdur.